...

Türkiyə İran neftinin idxalını azaldacaq

Energetika Materials 30 Mart 2012 14:50 (UTC +04:00)
Türkiyə İran neftinin alışını azaldacaq və Liviya neftinin idxalını artıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü "Haber7" telekanalı xəbər verib.
Türkiyə İran neftinin idxalını azaldacaq

Azərbaycan, Bakı, 30 mart / Trend, müxbir A.Tağıyeva /

Türkiyə İran neftinin alışını azaldacaq və Liviya neftinin idxalını artıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü "Haber7" telekanalı xəbər verib.

Məlumata görə, Türkiyə belə bir qərarı İran neftinin alışını azaltmaqla bağlı ABŞ-ın Ankaraya təzyiqi fonunda qəbul edib.
Belə ki, ABŞ-ın Ankaradakı səfiri Frensis Rikardone Türkiyəyə bəzi ölkələrin İrandan neft idxalının azaltdıqlarını xatırladıb. Səfir ABŞ-ın Türkiyədən analoji addım gözlədiyini deyib.

Məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Türkiyəyə idxal olunan qazın qiymətləri də müzakirə olunub.

İran bu məsələdə inadkarlıq göstərərək qazın qiymətlərini azaltmayacağını bəyan edir.

Xəbər lenti

Xəbər lenti