...

ARDNŞ Yaxın Şərqdəki layihədə iştirak imkanlarını nəzərdən keçirir

Energetika Materials 10 Aprel 2012 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorunda perspektivli "Naxçıvan" strukturunun kəşfiyyatı və işlənməsi layihəsinin iştirakçı siyahısının genişləndirilməsi inkanları nəzərdən keçirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə bu layihənin iştirakçısı olan ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yüksəkvəzifəli nümayəndəsi bildirib.

Əvvəllər ARDNŞ və Almaniyanın RWE şirkəti "Naxçıvan" strukturu üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Hazırda bu layihədə iştirak edən, əvvəl iştirak etmiş və ya Azərbaycanda enerji layihələrində ümumiyyətlə işləməyən müxtəlif şirkətlərin iştirakı haqqında təkliflər nəzərdən keçirilir.

"Hazırda "Naxçıvan" layihəsi üzrə müqavilənin hazırlığı üzərində iş aparılır və işlər bu il ərzində tamamlana bilər", - ARDNŞ nümayəndəsi qeyd edib.

Strukturun ehtiyatları 300 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat həcmində proqnozlaşdırılır.

ARDNŞ-nin xaricdə hasilat layihələrində mümkün iştirakına toxunan şirkət nümayəndəsi vurğulayıb ki, ARDNŞ-nin Yaxın Şərq ölkələrinin birində hasilat layihəsində iştirak imkanları nəzərdən keçirilir və yaxın günlərdə bu məsələ üzrə görüş keçiriləcək.

Şirkət nümayəndəsi ARDNŞ-nin hasilat layihəsində iştirak edə biləcəyi ölkənin adını çəkməyib.

Xəbər lenti

Xəbər lenti