...

ARDNŞ 2012-ci ildə qaz emalı həcmini artıracaq

Energetika Materials 13 Aprel 2012 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/

Proqnozlara əsasən, bu il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz Emalı Zavodu 4,3 milyard kubmetr qaz emal edəcək. 2011-ci ildə bu göstərici 4,07 milyard kubmetr olub. Bu barədə cümə günü Trend-ə zavodun rəhbəri Aqşin Paşayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ-nin öz vəsaitləri hesabına hasil etdiyi qazla yanaşı, ötən ilin dekabrdan zavoda Azərbaycanın Xəzər sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokundan səmt qazının tədarükü başlayıb.

"Bu il emal həcminin 4,3 milyard kubmetrə çatacağı gözlənilir. Lakin AÇG-dən qaz tədarükünün başlanması nəzərə alınmaqla, bu həcmlər artıq da ola bilər", - Paşayev qeyd edib.

Onun sözlərinə görə, emal nəticəsində zavod tərəfindən 4 milyard kubmetrdən çox təmizlənmiş qaz və təqribən 60 min maye məhsulları (maye qaz və qaz benzini) istehsal ediləcək.

Ötən il zavod 4,01 milyard kubmetr təmizlənmiş qaz istehsal edilib. 2011-ci ildə, həmçinin zavod 28,1 min ton maye qaz və 31,8 min ton qaz benzini istehsal edib. 2010-cu ildə bu göstəricilər müvafiq olaraq, 25,4 və 28,1 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti