...

Füzulinin Aşağı Yağlıvənd kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 17 Aprel 2012 19:05 (UTC +04:00)
Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə çərşənbə axşamı ilk dəfə olaraq təbii qaz verilib.
Füzulinin Aşağı Yağlıvənd kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə çərşənbə axşamı ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 300 abonenti olan Aşağı Yağlıvənd kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 15901 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 300 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Rayonun digər kəndlərinin yaxın vaxtlarda təbii qazla təmin edilməsi istiqamətində də işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti