...

Dəniz quldurlarının Ərəbistan dənizində ələ keçirdikləri tankerdəki neft ARDNŞ-yə məxsus deyil

Energetika Materials 12 May 2012 12:41 (UTC +04:00)
Mayın 10-da dəniz quldurlarının Ərəbistan dənizində ələ keçirdikləri "Smirn" ("Smyrn") Yunanıstan tankerindəki neft Azərbaycanda hasil edilib, lakin sonradan Türkiyənin Ceyhan limanında satılıb.
Dəniz quldurlarının Ərəbistan dənizində ələ keçirdikləri tankerdəki neft ARDNŞ-yə məxsus deyil

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/

Mayın 10-da dəniz quldurlarının Ərəbistan dənizində ələ keçirdikləri "Smirn" ("Smyrn") Yunanıstan tankerindəki neft Azərbaycanda hasil edilib, lakin sonradan Türkiyənin Ceyhan limanında satılıb. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər.

Tanker İndoneziyaya 945 min barel neft daşıyıb. Bu barədə İTAR-TASS İndoneziya KİV-inə istinadən məlumat verir. Neftin bazar qiyməti 130 milyon dollardan çox təşkil edir.

"Bununla da bu neftlə bağlı bütün risklər və öhdəliklər ARDNŞ-nin üzərindən götürülüb", - ARDNŞ-dən qeyd ediblər.

Buna baxmayaraq, ARDNŞ vəziyyəti izləməyə davam edir.

Liberiya bayrağı altında üzən tankerin heyəti haqqında məlumat daxil olmayıb. Onların müxtəlif ölkələrin vətəndaşları olduğu məlumdur. Peşəkar saytların məlumatına görə, tankerin heyəti 26 nəfərdən ibarətdir. Dəniz quldurları girovların geri qaytarılması haqqında heç bir tələb irəli sürməyiblər. Bunu İndoneziya KİV-i bildirir.

Neftin sifarişçisi İndoneziyanın "Petramina" dövlət neft şirkətidir. Onun nümayəndələri qeyd ediblər ki, şirkət tankerin ələ keçirilməsi ilə əlaqədar maliyyə itkisi ilə üzləşməyib, çünki müqavilənin şərtlərinə əsasən ödəniş neftin Şərqi Klaimantandakı Balikpapan neftayırma zavoduna çatdırılmasından sonra həyata keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti