...

ARDNŞ Monteneqroda hərbi bazanı kurorta çevirəcək

Energetika Materials 6 İyul 2012 12:31 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Monteneqrodakı keçmiş hərbi bazanı kurorta çevirəcək. Trend-in məlumatına görə, bu barədə Monteneqronun Özəlləşdirmə və Kapital Layihələr üzrə Şurasının yaydığı məlumatda deyilir.
ARDNŞ Monteneqroda hərbi bazanı kurorta çevirəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Monteneqrodakı keçmiş hərbi bazanı kurorta çevirəcək. Trend-in məlumatına görə, bu barədə Monteneqronun Özəlləşdirmə və Kapital Layihələr üzrə Şurasının yaydığı məlumatda deyilir.

Şərtlərə görə, ARDNŞ Kumbordakı Orjenski kazarmasının sahəsini 90 illiyə icarəyə götürür. İcarədar Monteneqroda yerli şirkət yaratmaq hüququna malikdir. Şirkətə icarə müqaviləsi üzrə bütün hüquqlar və vəzifələr veriləcək. Şirkət bütün öhdəliklər üzrə tam məsuliyyət daşıyacaq.

İcarədar icarənin birinci dörd ili ərzində kurortun inkişafına ən azı 52 milyon avro və ya birinci səkkiz il ərzində 258 milyon avro sərmayə qoymağa borcludur. Fiksə edilmiş icarə haqqı birinci 45 il ərzində avansla ödəniləcək.

52 milyon avro həcmində investisiyaların birinci hissəsinin qoyulması başa çatarkən icarədar müqaviləni müqavilə üzrə bütün maliyyə öhdəliklərini yerinə yetirməyə qadir olan üçüncü tərəfə verə bilər. Elə həmin şərtlərlə ARDNŞ icarədar kimi yerli şirkətlərin öhdəlikləri üzrə zəmanətlərdən azad edilə bilər.

Kurortun inkişafına investisiyaların son planı sahənin tədqiqatından sonra qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti