...

ARDNŞ İsveçrədə ilk YDM-ni açıb

Energetika Materials 26 Sentyabr 2012 10:21 (UTC +04:00)
2013-cü ilin ortalarına qədər İsveçrədəki "Esso" şirkətinin bütün keçmiş yanacaqdoldurma məntəqələri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında çalışacaq.
ARDNŞ İsveçrədə ilk YDM-ni açıb

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend, müxbir E.İsmayılov /

2013-cü ilin ortalarına qədər İsveçrədəki "Esso" şirkətinin bütün keçmiş yanacaqdoldurma məntəqələri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında çalışacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü SOCAR Energy Switzerland-in rəsmi saytında bildirilir.

Dünən ARDNŞ Sürixdə özünün ilk YDM-ni istismara verib.

Məlumatda deyildiyi kimi, SOCAR enerjidaşıyıcılar bazarında yeni brenddir.

"Bu, xarici şirkətin İsveçrənin yanacaqdoldurma məntəqələri bazarına 20 ildən artıq müddət ərzində ilk çıxışıdır", - məlumatda deyilir.

İyunun sonlarında ABŞ-ın "Exxon Mobil" şirkəti İsveçrənin "Esso Switzerland" şirkətinin aktivlərini ARDNŞ-nin idarəçiliyinə verib. ARDNŞ-nin İsveçrədə aldığı aktivlərin ümumi dəyəri 330 milyon dollar təşkil edir.

Ötən il noyabrın 16-da Sürixdə ARDNŞ ilə "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti arasında "Exxon Mobil"in İsveçrə filialı olan "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı üzrə müqavilə imzalanıb.

İmzalanan sazişə əsasən, "Esso Switzerland"ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda, İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri Azərbaycan Dövlət Neft Şirkətinin sərəncamına keçib.

Xəbər lenti

Xəbər lenti