...

Azərbaycan neftinin qiymətləri: 15-19 oktyabr həftəsinin yekunları

Energetika Materials 20 Oktyabr 2012 14:06 (UTC +04:00)
15-19 oktyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,14 dollar/bareldən çox təşkil edib ki, bu da ötən həftənin qiymətindən 0,79 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 15-19 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

15-19 oktyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,14 dollar/bareldən çox təşkil edib ki, bu da ötən həftənin qiymətindən 0,79 dollar/barel azdır.

Trend-in məlumatına görə, 15-19 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 116,21, minimum isə 113,88 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

15-19 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 111,33 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,15 dollar/barel azdır.

15-19 oktyabr həftəsində URALS-ın qiyməti maksimum 112,77, minimum isə 109,68 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

15-19 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 113,4 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,41 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 114,81, minimum isə 111,62 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti