Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda Avro-3 standartına uyğun yanacağa keçmək üçün vaxt tələb olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə Avro-3 ekoloji standartları avtomobillərə və onların ehtiyat hissələrinə tətbiq olunur.
"Avrora standartına, məsələn, Avro 3-dən Avro 4-ə keçid təqribən bir milyard dollar vəsait tələb edir", - Həsənov qeyd edib.
Bir müddət əvvəl ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov bildirmişdi ki, Avro-3-ün standartına uyğun benzinin buraxılışı 2014-cü ildə, yəni şirkətin mövcud neft emal edən zavodlarında yenidənqurma işləri başa çatdıqdan sonra planlaşdırılır.