...

İran neft sənayesinə 40 milyard dollar investisiya yatıracaq

Energetika Materials 30 Oktyabr 2012 18:44 (UTC +04:00)
İranda cari təqvim ilinin sonunadək (2013-cü il 20 mart) neft sektoruna 40 milyard dollar investisiya qoyulacaq.
İran neft sənayesinə 40 milyard dollar investisiya yatıracaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, Q.Mehdi/

İranda cari təqvim ilinin sonunadək (2013-cü il 20 mart) neft sektoruna 40 milyard dollar investisiya qoyulacaq. Trend-in "Shana" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İranın neft naziri Rüstəm Qasımi deyib.

Qasımi bildirib ki, ötən il İranın neft sahəsinə 30 milyard dollar yatırılıb. Onun sözlərinə görə, bu göstərici 2011-ci ilin martınadək ildə cəmi 13-15 milyard dollar təşkil edib.

Nazir qeyd edib ki, 2015-ci ilədək ölkədə sutkalıq neft hasiları 5,5 milyon barel, sutkalıq qaz hasilatı isə 1,4 milyard kubmetr təşkil etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti