...

ARDNŞ yeraltı qaz anbarında yeni quyu qazır

Energetika Materials 6 Noyabr 2012 18:34 (UTC +04:00)
ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin "Abşeron" Qazma İşləri İdarəsi “Qaradağ” yatağında yeraltı qaz anbarı sahəsində yeni quyunun qazmasına başlayıb.
ARDNŞ yeraltı qaz anbarında yeni quyu qazır

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin "Abşeron" Qazma İşləri İdarəsi "Qaradağ" yatağında yeraltı qaz anbarı sahəsində yeni quyunun qazmasına başlayıb.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, məhsuldar qatın 8-ci horizontuna qazılan 479 nömrəli quyunun layihə dərinliyi 4000 metrdir.

Bundan başqa, İdarə tərəfindən "Qalmaz" yatağında yeraltı qaz anbarının yerləşdiyi sahədə 638 nömrəli quyuda qazma işlərinə başlanılıb. Məhsuldar qatın 2-ci horizontuna qazılan bu quyunun layihə dərinliyi isə 1880 metrdir.

Qeyd edək ki, quyular Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə qazılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti