...

İran Qərbin sərt sanksiyalarının öhdəsindən gəlib - nazir

Energetika Materials 30 Noyabr 2012 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, Q.Mehdi/

İran sanksiyaların öhdəsindən gəlib və ölkənin neft sənayesi inkişaf edir. Trend-in cümə günü IRIB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi deyib.

Onun sözlərinə görə, bir çox layihələr həyata keçirilir və proqnozlara görə neft sektoruna daha 150 milyard dollar yatırılacaq.

Qasımi bildirib ki, 2015-ci ilin mart ayına İranda qaz hasilatı 600 milyon kubmetrdən 1,4 milyard kubmetrə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti