...

ARDNŞ iki ABŞ tələbəsinin CLS proqramında iştirakını maliyyələşdirəcək

Energetika Materials 15 May 2013 17:13 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ABŞ-ın Azərbaycandakı səfirliyi arasında çərşənbə günü Bakıda "Önəmli dil təqaüdü proqramının genişləndirilməsi haqqında" (Critical Language Scholarship Program - CLS) saziş imzalanıb.
ARDNŞ iki ABŞ tələbəsinin CLS proqramında iştirakını maliyyələşdirəcək

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ABŞ-ın Azərbaycandakı səfirliyi arasında çərşənbə günü Bakıda "Önəmli dil təqaüdü proqramının genişləndirilməsi haqqında" (Critical Language Scholarship Program - CLS) saziş imzalanıb.

Trend-in məlumatına görə, sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar imzalayıblar.

Sazişə əsasən, ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq əsasında həyata keçirilən proqram çərçivəsində ARDNŞ iki ABŞ tələbəsinin proqramda iştirakını maliyyələşdirəcək. Bu tələbələrin proqram çərçivəsində təhsil, yol və başqa inzibati xərclərini Dövlət Neft Şirkəti qarşılayacaq.

Bu proqram dilləri bilən amerikalıların sayının artırılması məqsədilə ABŞ hökumətinin səylərindən biridir. Proqram aralarında Azərbaycan dili olmaqla 13 vacib dil üzrə yay təlim kurslarının keçirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti