...

ARDNŞ-nin “Azəriqaz” İB 20 min kilometrdən artıq yeni qaz kəməri quraşdırıb

Energetika Materials 19 İyun 2013 14:09 (UTC +04:00)
2013-cü ilin yanvar-may ayları ərzində ARDNŞ-nin ()Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə üzrə 4430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 924,9 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.
ARDNŞ-nin “Azəriqaz” İB 20 min kilometrdən artıq yeni qaz kəməri quraşdırıb

Azərbaycan, Bakı, 19 iyun /Trend /

2013-cü ilin yanvar-may ayları ərzində ARDNŞ-nin ()Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkə üzrə 4430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 924,9 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb. Bu barədə ARDNŞ-in rəsmi saytında məlumat verilir.

Məlumatda deyilir ki, ümumilikdə İB-nin fəaliyyəti dövründə (2009-2013-cü illər) 20588,0 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 19508,1 km-i regionların payına düşür. Bakı şəhəri üzrə bu rəqəm 897,2 km, magistral qaz kəmərləri üzrə isə 182,7 km təşkil edir. Bu dövrdə əsaslı təmir edilmiş qaz kəmərlərinin ümumi uzunluğu 6878, 8 km olub. Burada isə nisbət regionlar üzrə 2846,2 km, Bakı şəhəri-3891,0 km, magistral qaz kəmərləri 141,6 km olub.

Azərbaycan, Bakı, 19 iyun /Trend /

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.2013-cü ilin yanvar-may ayları ərzində ölkə üzrə 4430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilmiş, 924,9 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılmışdır. Ümumilikdə İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) 20588,0 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılmışdır ki, bunun da 19508,1 km-i regionların payına düşür. Bakı şəhəri üzrə bu rəqəm 897,2 km, magistral qaz kəmərləri üzrə isə 182,7 km təşkil edir. Bu dövrdə əsaslı təmir edilmiş qaz kəmərlərinin ümumi uzunluğu 6878, 8 km olmuşdur. Burada isə nisbət belə olmuşdur: regionlar-2846,2 km, Bakı şəhəri-3891,0 km, magistral qaz kəmərləri 141,6 km.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti