...

ARDNŞ və "Rosneft" birgə layihələrdə iştirak imkanını nəzərdən keçirirlər

Energetika Materials 10 İyul 2013 13:48 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Rosneft" şirkəti Azərbaycan və Rusiyada birgə layihələrdə iştirak imkanını nəzərdən keçirirlər.
ARDNŞ və "Rosneft" birgə layihələrdə iştirak imkanını nəzərdən keçirirlər

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Rosneft" şirkəti Azərbaycan və Rusiyada birgə layihələrdə iştirak imkanını nəzərdən keçirirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, şirkətlər arasında Sankt-Peterburqda keçirilmiş Beynəlxalq İqtisadi Forum və Bakıdakı görüş çərçivəsində müzakirələr aparılıb.

ARDNŞ-nin maraqlarından danışan R.Abdullayev qeyd edib ki, şirkət Rusiyada quru ərazidə və Xəzərdə işlərə maraq göstərir.

Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri vasitəsilə Rusiya ərazisindən tranzitinin davam etməsi məsələsinə toxunan ARDNŞ prezidenti bildirib ki, Rusiyanın "Transneft" şirkəti ilə kommersiya danışıqları davam edir və yekun nəticə barədə yalnız ilin sonunda danışmaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti