...

"Günəşli" yatağında yeni quyu qazılır

Energetika Materials 18 İyul 2013 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"Günəşli" yatağındakı 10-cu özüldən 341 nömrəli quyunun qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "28 May" NQÇİ-nin sifarişi ilə fasilə lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 3100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 100 ton neft hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək qazma işləri "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti