...

Rövnəq Abdullayev: Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsi kadrlara tələbatı artırır

Energetika Materials 27 Sentyabr 2013 19:09 (UTC +04:00)
ARDNŞ Azərbaycanın ali məktəblərinin 72 tələbəsinə təqaüd kartları təqdim edib.
Rövnəq Abdullayev: Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsi kadrlara tələbatı artırır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir H.Vəliyev/

ARDNŞ Azərbaycanın ali məktəblərinin 72 tələbəsinə təqaüd kartları təqdim edib.

Trend-in məlumatına görə, cümə günü keçirilən təqdimetmə mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, təhsil naziri Mikayıl Cabbarov və BDU-nun rektoru Abel Məhərrəmov iştirak ediblər.

Hər bir tələbənin təqaüd kartına hər ay 100 manat köçürüləcək.

Mərasimdə çıxış edən R.Abdullayev ARDNŞ-nin son illərdə kadr siyasəti barədə danışıb. Onun sözlərinə görə, 2005-ci ildə gənc kadrların sayı ARDNŞ-nin işçilərinin ümumi sayının təqribən 15 faizini təşkil edirdisə, 2013-cü ildə bu göstərici 45 faizə yüksəlib.

ARDNŞ daxili təqaüd proqramını həyata keçirir. Bu proqram çərçivəsində 2005-ci ildən 224 tələbə ABŞ, Norveç, Böyük Britaniya və digər ölkələrdə təlim keçiblər.

R.Abdullayev qeyd edib ki, neft-qaz sahəsində reallaşdırılan layihələr kadrlara tələbatı artırır.

Onun sözlərinə görə, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində təqribən 7 min, "Trans-Anadolu" qaz kəməri layihəsi çərçivəsində isə 10 min yeni işçinin cəlb edilməsi gözlənilir: "Gəmiqayırma zavodunda iki minədək yeni iş yeri açılacaq".

ARDNŞ prezidenti vurğulayıb ki, hazırda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə dair işlərə başlanılıb. Bu layihə çərçivəsində 2013-2020-ci illər ərzində 15 minədək yeni iş yeri yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti