...

“Azəriqaz” İB bu ilin 10 ayı ərzində 8 min km-ə yaxın yeni qaz kəməri çəkib

Energetika Materials 8 Noyabr 2013 12:17 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
“Azəriqaz” İB bu ilin 10 ayı ərzində 8 min km-ə yaxın yeni qaz kəməri çəkib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun nəticəsində bu ilin 10 ayı ərzində ölkə üzrə 7672 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 1190,3 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.

Ümumilikdə İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) 23829,7 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 22347,6 kilometri regionların, 1299,4 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşür. Həmin müddətdə 7144,2 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti