• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Energetika

Azərbaycan və Tatarıstan arasında energetika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

3 Dekabr 2013 19:30 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Rusiya Federasiyası Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə hər iki ölkənin inkişaf etmiş neft-qaz sənayesinə malik olduğunu qeyd edən ARDNŞ-nin prezidenti Azərbaycanın yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından ölkəmizin önəmli rol oynamasından söz açıb, qısa müddətdə Avropaya enerji dəhlizi açıldığını qeyd edib.

Tatarıstanın sənaye və ticarət naziri R.Zaripov ölkəsinin neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib, son illər bu sektorda aparılmış islahatlardan ətraflı bəhs edib. Tatarıstan iqtisadiyyatında neft-qaz sənayesinin mühüm yer tutduğunu bildirən qonaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müxtəlif idarə və müəssisələri ilə tarixən mövcud olmuş dərin əməkdaşlıq əlaqələrinin bərpa edilməsində maraqlı olduqlarını söyləyib. O, nümayəndə heyətini R.Abdullayevə təqdim edib.

"Tatneftkimyainvestisiya" Holdinqinin baş direktorunun müavini Haris Mustafin Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də ARDNŞ ilə mümkün əməkdaşlıq perspektivləri haqqında geniş təqdimatla çıxış edib.

Azərbaycanla Tatarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar olduğunu vurğulayan ARDNŞ-nin prezidenti R.Abdullayev Şirkətin "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Türkiyədəki "STAR" neft emalı zavodu, Sumqayıt Kimya Texnoparkı və digər iritutumlu layihələr həyata keçirdiyini bildirib, neft-qaz hasilatının artırılması istiqamətində icra olunan proqramlardan söz açıb. Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını, ölkəmizin iqtisadi cəhətdən xarici şirkətlər üçün açıq olduğunu vurğulayan R.Abdullayev Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər bir şəraitin olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Ravil Zaripov
  • Tatarıstan
  • Rövnəq Abdullayev
  • ARDNŞ
Digər xəbərlər
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
İqtisadiyyat 10:46
Rövnəq Abdullayev: SOCAR mütəmadi olaraq atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır
İqtisadiyyat 27 Noyabr 11:04
Tatarıstanda 30-dan çox uşaq zəhərləndi
Dünya xəbərləri 2 Noyabr 17:15
AFFA və FİFA prezidentləri görüşüb (FOTO)
İdman 8 Oktyabr 22:32
Rövnəq Abdullayev: Neft-qaz layihələri ölkəmizi bütün dünyada enerji daşıyıcılarının etibarlı ixraçatçısı kimi tanıdıb
İqtisadiyyat 2 Oktyabr 11:58
Gürcüstanda azərbaycanlılar yaşayan kəndə qazpaylayıcı xətt çəkilib (FOTO)
Energetika 27 Sentyabr 12:54
Xəbər lenti
YAP Xəzər rayon təşkilatı qadın seçicilərlə görüş keçirib (FOTO)
Cəmiyyət 16:57
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi
Nəzər nöqtəsi 16:49
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib (FOTO)
Siyasət 16:41
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
Siyasət 16:35
Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib
Siyasət 16:31
Türkiyə Liviyaya hərbi kontingent göndərə bilər
Dünya xəbərləri 16:22
Yanğında 13 nəfərə yardım göstərilib, 4-ü tüstüdən zəhərlənib - RƏSMİ
Hadisə 16:14
Əli Kərimli siyasi sistemdə özünü yoxetmə yolundadır və bu seçimin bütün məsuliyyəti şəxsən onun öz üzərindədir - Ekspert
Siyasət 16:11
Azərbaycanın ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü fəaliyyət göstərir
Cəmiyyət 16:02
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri