"Şahdəniz 2" üzrə yekun investisiya qərarı elan edildi

"Şahdəniz 2" üzrə yekun investisiya qərarı elan edildi

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bu gün Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını elan etdi.

"BP Azərbaycan"-dan Trend-ə daxil olan məlumata görə, bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.

Şahdəniz layihəsi özündə bir sıra elementləri birləşdirir - dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisi nəzərdə tutulur.

Şahdəniz Mərhələ 2 və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3 500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

Şahdəniz yatağından kondensat hasilatının hazırki gündə təxminən 55 000 barel səviyyədən artaraq gündə 120 000 barelə çatacağı gözlənilir.

Daha yaxın zaman üçün isə Şahdəniz tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırıblar. Hasilatın bu artımı artıq aparılır və 2014-cü ilin sonunadək başa çatacağı gözlənilir.

ARDNŞ və Şahdəniz tərəfdaşları həmçinin Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. Şahdəniz tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər.

Şahdəniz Mərhələ 2 üzrə yekun investisiya qərarının rəsmi imzalanması mərasimi bu gün Bakıdakı Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev, Cənub Dəhlizi boyunca yerləşən dövlətlərin rəhbərləri və eləcə də Avropa Komissiyasından və digər ölkələrdən olan rəsmi şəxslər iştirak ediblər.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev dedi: "Bu, həqiqətən də Azərbaycan üçün tarixi bir gündür. İlk dəfədir ki, bizim ölkəmiz və bu region bu miqyasda bir layihəyə qədəm qoyur. Bu layihə bizim və regionun gələcəyinə yol açır. Bu, bizə imkan verir ki, ilk növbədə, xalqımızın mənafeyi üçün Azərbaycanın nəhəng qaz ehtiyatlarının istismarına başlayaq. İkincisi, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirir və beləliklə də bizim uzun illərdən bəri olan arzumuzu gerçəkləşdirir. Üçüncüsü isə, Xəzər regionu ilə Avropa bazarlarını birbaşa bağlamaqla o, Xəzər dənizindən Avropanın mərkəzinə qədər yerləşən ölkələrə mənfəətlər gətirir."

Şahdəniz Mərhələ 2 və CQBK-nin genişləndirilməsi layihələrinin operatoru olan BP-nin baş icraçı direktoru Bob Dadli dedi: "Çox az sayda layihə bütöv bir regionun enerji xəritəsini dəyişə bilər. Şahdəniz Mərhələ 2 və Cənub Dəhlizi boru kəmərləri yalnız enerji xəritəsini dəyişməyəcək, həm də Avropadakı qaz alıcılarına ilk dəfə olaraq Azərbaycanın qaz ehtiyatlarına birbaşa çıxış imkanı verəcək. Bugünkü yekun investisiya qərarı çoxsaylı şirkətlər və ölkələr arasında illərlə davam edən əməkdaşlıq olmadan baş tuta bilməzdi. Mən BP şirkətinin bu tarixi anın bir hissəsi olmasından qürur hissi duyuram və bunun mümkün olması üçün bu qədər insanların səylərinə görə öz minnətdarlığımı bildirirəm. Bu layihə indiyə qədər Azərbaycana yatırılmış ən böyük xarici investisiya olmaqla Azərbaycan, Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni iş yerləri açacaq.

Mən xüsusilə də ondan məmnunluq duyuram ki, biz Şahdəniz hasilatın pay bölgüsü sazişinin müddətinin 2048-ci ilə qədər uzadılması üçün şərtləri razılaşdırmışıq. Bu, BP şirkətinə və bizim tərəfdaşlarımıza imkan verir ki, Şahdəniz layihəsinin gələcək mərhələlərinin qiymətləndirilməsində Azərbaycanla tərəfdaşlıqda işləyək. 2007-ci ildə BP tərəfindən Şahdənizin dərin hissəsində yeni ehtiyatların aşkar edilməsi göstərir ki, bu ərazidə Mərhələ 2-dən sonra da potensial mövcuddur."

Bugünkü qərar o deməkdir ki, doqquz Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri indi artıq qüvvəyə minəcək. Nəticədə, Şahdəniz qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir. Bundan başqa, Şahdəniz Mərhələ 2-dən hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Şahdəniz tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-nin əməliyyatçılığı ilə idarə olunacaq.

Şahdəniz Mərhələ 2 işlənməsi və Cənub Dəhlizi boru kəməri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biridir.

Şahdəniz yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən Şahdənizin Mərhələ 1 işlənməsindən Gürcüstan və Türkiyəyə qaz ixrac edir.

Yekun investisiya qərarı ilə təsadüf edərək, ARDNŞ Statoyl şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 6,7% iştirak payı, BP isə Statoyl şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Hər iki əməliyyat 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

Qeyd edək ki, Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

BOTAŞ və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak payları alması əməliyyatından sonra TANAP tərəfdaşlarının bu şirkətlər olacağı gözlənilir: ARDNŞ, operator (68%), BOTAŞ (20%) və BP (12%).

TAP tərəfdaşları aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), Statoyl (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).

"Twitter"in işində nasazlıqlar yaranıb
"Twitter"in işində nasazlıqlar yaranıb
"İnstagram"ın işində qüsurlar yaranıb
"İnstagram"ın işində qüsurlar yaranıb
"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
"Azercell"dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
Loading Bars
Xəbər lenti
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Bütün xəbərlər