...

Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun ilk iclası keçirilib

Energetika Materials 24 Yanvar 2014 15:49 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə çoxtərəfli qrupun (ÇQ) 2014-cü il üzrə ilk iclası keçirilib.
Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun ilk iclası keçirilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə çoxtərəfli qrupun (ÇQ) 2014-cü il üzrə ilk iclası keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclas zamanı Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasını cari ildə ÇQ-də təmsil edəcək yeni üzvlər çoxtərəfli qrupa təqdim edilib, Yeni Memorandumun yekun layihəsinə dair Koalisiyanın təklifləri səsləndirilib və təkliflər üzrə ÇQ üzvləri müzakirələrini davam etdiriblər.

Həmçinin gələcəkdə MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən şərtlər toplusunun MHŞT standartına uyğunlaşdırılmasına dair "Mur Stefens" şirkətinin rəyi dinlənilib və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti