...

ARDNŞ ötən ay Ceyhan limanında 1,6 milyon tona yaxın xam neft ixrac edib

Energetika Materials 3 Fevral 2014 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min 157 ton təyyarə yanacağı ixrac edib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, 2014-cü ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 938,99 dollar, təyyarə yanacağının - 955,95 dollar, dizel yanacağının - 903,01 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında Novorossiysk limanından 84 min 739 ton, Supsa limanından 322 min 996 ton, Ceyhan limanından isə 1 milyon 592 min 40 ton xam neft ixrac edib.

İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

2014-cü ilin yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 108,26 dollara, Urals nefti - 106,40 dollara,BTC FOB Ceyhan tipli xam neft isə 108,76 dollara satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti