...

Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqavilənin müddəti uzadıla bilər

Energetika Materials 13 Fevral 2014 17:14 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Transneft" şirkətinə Bakı-Novorossiysk kəməri ilə neft nəqli üzrə tranzit müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət edib.
Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqavilənin müddəti uzadıla bilər

Azərbaycan, Bakı, 13 fevral /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Transneft" şirkətinə Bakı-Novorossiysk kəməri ilə neft nəqli üzrə tranzit müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS şirkətdəki mənbəyə istinadən xəbər verir.

Hazırda Azərbaycandan neft üç neft kəməri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk, eləcə də dəmiryol ilə ixrac olunur. Beləliklə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqlindən imtina edilərsə, neft digər iki neft kəmərinə yönəldilə bilər.

Bir müddət əvvəl ARDNŞ-dən bildiriblər ki, Bakı-Novorossiysk ilə nəqlin dayanmasından sonra bu marşrut üzrə nəql edilən neftin həcmləri Azərbaycan neftinin əksər hissəsinin ixrac edildiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yönləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti