...

Natiq Əliyev: Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin bərpası Azərbaycanın maraqlarına uyğun gəlir

Energetika Materials 21 Fevral 2014 15:48 (UTC +04:00)
Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin bəpa edilməsi tədarük marşrutlarının şaxələndirilməsi üzrə Azərbaycanın maraqlarına uyğun gəlir.
Natiq Əliyev: Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin bərpası Azərbaycanın maraqlarına uyğun gəlir

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin bəpa edilməsi tədarük marşrutlarının şaxələndirilməsi üzrə Azərbaycanın maraqlarına uyğun gəlir. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri ilə ixrac edilir.

ARDNŞ və ölkənin digər yataqlarında işləyən əməliyyat şirkətlərinin nefti isə Bakı-Novorissiysk kəməri ilə ixrac edilir.

N.Əliyev qeyd edib ki, hər bir tərəf neft tədarükü marşrutlarını şaxələndirməyə çalışır və bu baxımdan Bakı-Novorossiysk üzrə neft nəqlinin bərpa edilməsi Azərbaycanın maraqlarına uyğun gəlir.

Xatırladaq ki, Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.

Rusiya ərazisi ilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti