...

ARDNŞ Novorossiyskdən neft ixracını xeyli azaldıb

Energetika Materials 1 Aprel 2014 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin yanvar-mart aylarında Bakı-Novorossiysk boru kəməri ilə 254,33 min ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 411,34 min ton olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.

Martda şirkət Novorossiyskdən 84,68 min ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 159,58 min ton olub.

2013-cü ildə ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri ilə 1,75 milyon ton neft ixrac edib. 2012-ci ildə bu rəqəm 2,06 milyon ton olub.

2014-cü ilin fevral ayında boru kəməri üzrə neftin nəqli dayandırılmışdı. Bu yaxınlarda isə Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni 1 illik müqavilə imzalandı.

Qeyd edək ki, ARDNŞ 2008-ci ildən etibarən Bakı-Novorossiysk boru kəmərinin operatorudur. Boru kəmərinin uzunluğu 1147 kilometrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti