...

Xoşbəxt Yusifzadə: Azərbaycan 340 milyon tondan çox neft ixrac edib

Energetika Materials 8 May 2014 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E. İsmayılov/

2014-cü il may ayının 1-nə olan məlumata görə, Azərbaycandan üç boru kəməri və dəmir yolu ilə dünya bazarlarına 345 milyon ton neft tədarük olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Respubilkası Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadənin "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalə müəllifinin yazdığına görə, ixrac edilmiş Azərbaycan neftindən 244,6 milyon tonu Bakı-Tbilisi-Ceyhan (2006-cı ildə istismara verilib) neft kəmərinin payına düşüb. 67,7 milyon ton Bakı-Supsa (bu istiqamət üzrə neftin ixrac 1999-cu ildən həyat keçirilir) neft kəməri vasitəsilə tədarük edilib, 11,2 milyon ton Bakı-Novorossiysk (1997-ci ildən istismar olunur) boru kəməri ilə ixrac edilib, 20,2 milyon ton neft isə dəmiryol vasitəsilə dünya bazarına tədarük olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti