...

"Rosneft" və ARDNŞ birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar

Energetika Materials 24 May 2014 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

"Rosneft" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda, Rusiyada və üçüncü ölkələrdə neft və qazın kəşfiyyatı və hasilatı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Sənədi Beynəlxalq Peterburq İqtisadi Forumu çərçivəsində "Rosneft" rəhbəri İqor Seçin və ARDNŞ prezidenti Rövnəq Abdullayev imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti