...

AYİB Azərbaycan bankına müştərilərin enerji səmərəliliyinin inkişafı üzrə kredit verəcək

Energetika Materials 2 İyun 2014 13:02 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan bankı "DəmirBank"a enerji effektivliyi sahəsində layihələrin maliyyələşdirilməsi üçün 5 milyon dollar məbləğində kredit verəcək. Trend xəbər verir ki, bu barədə AYİB-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
AYİB Azərbaycan bankına müştərilərin enerji səmərəliliyinin inkişafı üzrə kredit verəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir R.Hafizoğlu/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan bankı "DəmirBank"a enerji effektivliyi sahəsində layihələrin maliyyələşdirilməsi üçün 5 milyon dollar məbləğində kredit verəcək. Trend xəbər verir ki, bu barədə AYİB-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Bank ayrılmış vəsaitləri öz enerji effektivliyini yüksəltmək istəyən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsinə yönəldəcək.

AYİB Direktorlar Şurasının bu il iyunun 25-də vəsaitlərin ayrılmasını bəyənəcəyi gözlənilir.

Məlumatda deyilir ki, layihə "DəmirBank"ın müştəri bazasını möhkəmləndirməyə kömək edəcək və yerli bazarda müştərilərə yeni məhsulların və orta və uzunmüddətli maliyyələşdirmə təkliflərinin təqdim edilməsi yolu ilə uğurlu rəqabəti davam etdirməyə imkan verəcək.

Kredit AYİB-in 2007-ci ilin iyulundan start götürən Qafqaz regionunda enerji səmərəliliyi üzrə "Caucasus Energy Efficiency Program" (CEEP) proqramının bir hissəsidir.

Bir müddət əvvəl AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeynin Trend-ə bildiridiyi kimi, "DəmirBank" belə kreditlər alan üç bankdan birincisi olub. Onun sözlərinə görə, bütün bu tədbirlər bankın aprelin sonunda təsdiqlənmiş Azərbaycanda yeni fəaliyyət strategiyasının bir hissəsidir.

Qeyd edək ki, AYİB Azərbaycanda üç bankın səhmdarıdır: DəmirBank, AccessBank və Unibank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti