...

TANAP layihəsinin tikintisinə başlanacağı tarix müəyyən edilib

Energetika Materials 4 İyun 2014 12:24 (UTC +04:00)
2014-cü ilin sonuna qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi çərçivəsində bütün tender prosedurlarının tamamlanması planlaşdırılır.
TANAP layihəsinin tikintisinə başlanacağı tarix müəyyən edilib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin sonuna qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi çərçivəsində bütün tender prosedurlarının tamamlanması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib: "Hazırda tenderlər keçirilir. Çox güman ki, noyabrda bütün tender prosedurları başa çatacaq və tikinti işlərinə başlanacaq".

TANAP layihəsi "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti