...

Azərbaycanda MHŞT Standartına uyğun yeni hesabatlılıq mərhələsinə start verilib

Energetika Materials 10 İyun 2014 16:51
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli qrupun iclası keçirilib.
Azərbaycanda MHŞT Standartına uyğun yeni hesabatlılıq mərhələsinə start verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli qrupun iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı tərəflər - MHŞT üzrə Komissiya, ölkədə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər, "Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyası arasında yeni "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb.

Memorandumun imzalanması ilə ölkədə MHŞT Standartına uyğun yeni hesabatlılıq mərhələsinə (2013-cü il üzrə) start verilib.

İclasda, eyni zamanda, MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılması, MHŞT-nin tətbiqinə dair hüquqi bazanın yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti