...

"Ağburun-dəniz" strukturunda 1 nömrəli axtarış quyusunun qazılması başa çatıb

Energetika Materials 23 İyun 2014 16:57 (UTC +04:00)
“Ağburun-dəniz” strukturundakı 1 nömrəli axtarış quyusu layihə horizontuna çatdırılıb.
"Ağburun-dəniz" strukturunda 1 nömrəli axtarış quyusunun qazılması başa çatıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

"Ağburun-dəniz" strukturundakı 1 nömrəli axtarış quyusu layihə horizontuna çatdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, strukturun cənub-qərb qanadının tağa yaxın hissəsində kəsilişin stratiqrafiyasını, litologiyasını və neft-qazlılığını öyrənmək məqsədiilə qazılmış quyu dənizin 10 metr dərinliyində yerləşir.

Quyu 860 metr dərinliyədək qazılaraq layihə horizontu olan Qirməki Altı Lay Dəstəsini tam açıb, quyuya 168,3 mm-lik istismar kəməri endirilib. Hazırda 1 nömrəli axtarış quyusunda perforasiya və mənimsəmə-sınaq işlərinə hazırlıq görülür.

Qazma işləri "Xəzər-6" tipli Üzən Qazma Qurğusu vasitəsi ilə həyata keçirilib. "Ağburun-dəniz" strukturu Abşeron arxipelaqının Şimali Abşeron qalxımlar zonasında Qərbi Abşeron neft yatağından 6 km cənubda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti