...

Rumıniyada fəaliyyət göstərən "SOCAR Petroleum SA"-nın dövriyyəsi təqribən 8 dəfə artıb

Energetika Materials 24 İyul 2014 19:08 (UTC +04:00)
Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA”-nın dövriyyəsi xeyli artıb.
Rumıniyada fəaliyyət göstərən "SOCAR Petroleum SA"-nın dövriyyəsi təqribən 8 dəfə artıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Rumıniyada fəaliyyət göstərən "SOCAR Petroleum SA"-nın dövriyyəsi xeyli artıb.

Trend ARDNŞ-yə istinadən məlumat verir ki, bu barədə Rumıniyanın iqtisadiyyat sahəsində nüfuzlu və geniş oxucu kütləsinə malik "Ziarul Financiar" qəzetində dərc olunan "Böhranın böyük qalibləri: Resessiyaya qarşı tədbirləri gücləndirməklə son 5 ildə 67 şirkət öz biznesini 7,7 milyard avrodan 25 milyard avroyadək artırıb" sərlövhəli məqalədə deyilir.

Kristi Moqanın müəllifi olduğu məqalədə bildirilir ki, ümumilikdə ötən il Rumıniyada dövriyyəsi 100 milyon avrodan çox olan 250 şirkət qeydə alınıb. Müəllifin apardığı təhlilə əsasən, sözügedən 250 şirkətdən 67-nin dövriyyəsi 2008-ci illə müqayisədə 2 dəfə artıb.

Məqalədə, həmçinin son 5 ildə SOCAR-ın Rumıniyadakı uğurlu fəaliyyətinə toxunulub. Müəllif qeyd edib ki, əgər 2008-ci ildə "SOCAR Petroleum SA"nın dövriyyəsi 15,2 milyon avro təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 131,9 milyon avro olub. Nəticədə 2008-2013-cü illərdə artım 7,7 dəfə və ya 770% olub. Eyni zamanda, işçilərin sayı 223-ə çatıb.

Xatırladaq ki, SOCAR 2007-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir. Şirkət hazırda Rumıniya iqtisadiyyatına 50 milyon avro sərmayə yatırmaqla, ölkənin 11 regionunda 28 yanacaqdoldurma məntəqəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti