...

Rusiya Bakı-Novorossiysk üzrə neft nəqli tarifini artıra bilər

Energetika Materials 31 Mart 2015 16:40 (UTC +04:00)
Rusiya Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqli tarifini 31 faiz artıra bilər.
Rusiya Bakı-Novorossiysk üzrə neft nəqli tarifini artıra bilər

Azərbaycan, Bakı, 31 mart /Trend/

Rusiya Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqli tarifini 31 faiz artıra bilər. Trend-in məlumatına görə, bu barədə Regulation.gov.ru portalında yerləşdirilmiş Rusiyanın Tarif üzrə Federal Xidmətinin müvafiq fərman layihəsində deyilir.

Layihəyə görə, nəql üzrə tarif 149,95 rubl, yəni bir tona görə indiki 484,59-dan 634,54 rubladək artırıla bilər (ƏDV-siz).

Tarif Azərbaycan sərhədindən Şesxaris (Novorossiysk) yükboşaltma məntəqəsinədək olan marşrut üçün Rusiya rublu ilə hesablanıb.

Qeyd edək ki, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-fevral aylarında Bakı-Novorossiysk şimal boru kəməri üzrə 254,31 min ton neft ixrac edib. Ötən ilin analoji dövründə bu göstərici 169,65 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti