...

Azərbaycan elektrik enerjisi ixracını xeyli azaldıb

Energetika Materials 22 Aprel 2015 22:40 (UTC +04:00)
Azərbaycan 2015-ci ilin yanvar-mart aylarında 101,67 milyon kilovat-saat elektrik enerjisi ixrac edib.
Azərbaycan elektrik enerjisi ixracını xeyli azaldıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan 2015-ci ilin yanvar-mart aylarında 101,67 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.

Ötən ilin ilk üç ayında isə 188,28 milyon kilovat-saat elektrik enerjisi ixrac olunmuşdu.

Azərbaycanın ixrac etdiyi elektrik enerjisi 2015-ci ilin ilk rübündə 6,11 milyon, 2014-cü ilin ilk rübündə isə 8,56 milyon dollar dəyərində olub.

2014-cü ildə Azərbaycan 588,32 milyon, 2013-cü ildə isə 595,67 min kilovat-saat elektrik enerjisi ixrac etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti