...

Vali: “TANAP Türkiyənin inşaat şirkətləri üçün mükəmməl şansdır”

Energetika Materials 4 İyun 2015 11:32 (UTC +04:00)
Transanadolu qaz xətti layihəsi (TANAP) Türkiyənin inşaat şirkətləri üçün mükəmməl şansdır.
Vali: “TANAP Türkiyənin inşaat şirkətləri üçün mükəmməl şansdır”

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Transanadolu qaz xətti layihəsi (TANAP) Türkiyənin inşaat şirkətləri üçün mükəmməl şansdır. Bunu Trend-ə Türkiyənin Sivas əyalətinin valisi Alim Barut deyib.

O bildirib ki, Türkiyə şirkətlərinin TANAP-ın inşasında iştirak edəcəyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu, Türkiyə iqtisadiyyatının inkişafına təkan verəcək.

A.Barut həmçinin qeyd edib ki, TANAP Sivas əyaləti də daxil olmaqla, Türkiyə regionlarının inkişafına imkan yaradacaq: "TANAP-ın inşası Sivasda yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Sivasın Hafik şəhərində tikinti meydanları və borular üçün anbarlar artıq hazırdır. 800-1000 nəfərin tikintidə iştirak edəcəyi gözlənilir".

O bildirib ki, əyalətdə torpaq sahələrinin özəlləşdirilməsi, işçilərin seçilməsi həyata keçirilir, tikinti materialları və borular gətirilir.

A.Barut qeyd edib ki, Azərbaycan və Türkiyə qardaşlıq əlaqələri əsasında reallaşdırılan TANAP layihəsi "Cənub qaz dəhlizi"nin əsas hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti