...

SOCAR qazma işlərini azaldıb

Energetika Materials 10 İyun 2015 00:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

2015-ci ilin may ayı ərzində SOCAR (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 10 775 metr qazma işi həyata keçirib.

Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2015-ci ilin yanvar-may aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 43 918 metr (ötən ilin analoji dövründə 62 222 metr) qazma işi görülüb ki, bunun da 42 918 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 28 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti