...

Zaqatalanın 5 kəndinə ilk dəfə qaz verildi

Energetika Materials 17 İyun 2015 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bu gün Zaqatala rayonunun Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1184 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 61 755 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1184 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti