...

SOCAR Bakı-Novorossiysk üzrə nəql edəcəyi neftin həcmini açıqlayıb

Energetika Materials 27 İyul 2015 01:01 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin III rübündə Bakı-Novorossiysk neft kəməri üzrə 423 min ton neft nəql edəcək.
SOCAR Bakı-Novorossiysk üzrə nəql edəcəyi neftin həcmini açıqlayıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin III rübündə Bakı-Novorossiysk neft kəməri üzrə 423 min ton neft nəql edəcək. Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Onun sözlərinə görə, Rusiyanın "Transneft" şirkəti bu həcmlə bağlı sifarişi artıq təqdir edib: "III rübdə neft kəməri üzrə nəql edilməsi planlaşdırılan neftin ümumi həcmindin 168 min tonu iyul, 85 min tonu avqust, 170 min tonu isə sentyabr ayının payına düşəcək".

Qeyd edək ki, SOCAR bu il özünün hasil etdiyi 1,7 milyon ton nefti ixrac etməyi planlaşdırır. 2014-cü ildə bu rəqəm 1,55 milyon ton olub.

SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri üzrə 932,16 min ton, 2013-cü ildə isə 1,75 milyon ton neft nəql edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti