...

"Günəşli"də yeni quyu əsaslı təmir olundu

Energetika Materials 14 Oktyabr 2015 17:27 (UTC +04:00)
“Günəşli” yatağındakı 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"də yeni quyu əsaslı təmir olundu

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

"Günəşli" yatağındakı 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündən 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2897-2857 metr intervaldan gündəlik 30 ton neft və 8500 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti