Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan OPEK-in dekabrda keçiriləcək iclasında heç bir sensasiyalı qərarlar gözləmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, neftin hasilat səviyyəsi baxımından da heç bir qərar gözləməyə dəyməz, çox güman ki, hasilat əvvəlki səviyyədə qalacaq: "Neftin qiymətini artırmaq üçün OPEK hasilatı azaltmalıdır, lakin bu baş vermir".
Nazir qeyd edib ki, Azərbaycan neft hasilatını azaltsa belə, bu, dünya bazarında qiymətlərə təsir etməyəcək: "Üstəlik, bu qərar "Azəri-Çıraq-Günəşli" yataqlar blokunu işlədən beynəlxalq şirkətlər konsorsiumu tərəfindən qəbul edilməlidir".