...

Zərdabın daha 2 kəndinə ilk dəfə qaz verildi

Energetika Materials 19 Fevral 2016 15:37 (UTC +04:00)
Zərdabın daha 2 kəndinə ilk dəfə təbii qaz verildi.
Zərdabın daha 2 kəndinə ilk dəfə qaz verildi

Bakı. Trend:

Fevralın 19-da Zərdab rayonunun daha iki kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 327 abonenti olan Birinci Əlicanlı və İkinci Əlicanlı kəndlərinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 36 357 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti