...

78 yaşayış məntəqəsinə təbii qaz verilib

Energetika Materials 12 May 2016 16:59 (UTC +04:00)
Cari ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib.
78 yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə cari ilin yanvar-aprel ayları ərzində 2208 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 138 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsi qazlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti