...

“Günəşli” yatağındakı 303 nömrəli quyu istismara verilib

Energetika Materials 18 May 2016 10:55 (UTC +04:00)
“Günəşli” yatağındakı 303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Günəşli” yatağındakı 303 nömrəli quyu istismara verilib

Bakı. Trend:

"Günəşli" yatağındakı 303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2906-2897 metr intervaldan sutkalıq 75 ton neft və 80 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 8 nömrəli dərin dəniz özülündə 303 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti