...

Azərbaycan neftinin qiymətləri: 6-10 iyun həftəsinin yekunları

Energetika Materials 11 İyun 2016 13:01 (UTC +04:00)
Ötən həftə (6-10 iyun) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 51,55 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 6-10 iyun həftəsinin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (6-10 iyun) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 51,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,01 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 52,37, minimum isə 50,72 dollar/barel təşkil edib.

6-10 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 47,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,61 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,42, minimum isə 46,59 dollar/barel olub.

6-10 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 49,93 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,47 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 50,72 dollar, minimum isə 49,01 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti