...

Zəlzələyə görə Bakı-Novorossiysk ilə neft ötürülməsi dayandırıldı

Energetika Materials 1 Avqust 2016 12:19 (UTC +04:00)
Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi hazırda səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılıb.
Zəlzələyə görə Bakı-Novorossiysk ilə neft ötürülməsi dayandırıldı

Bakı. Trend:

Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi hazırda səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə "Transneft"in başçısının müşaviri İqor Demin deyib.

Qeyd edək ki, Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İmişli rayonunda yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxin ərazilərdə 5 bala kimi hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti