...

Neftimiz ucuzlaşıb

Energetika Materials 5 Yanvar 2017 12:06 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 55,97 dollar/barel təşkil edib.
Neftimiz ucuzlaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 55,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,41 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 55,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 4-də 51,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 4-də 54,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti