...

Rövnəq Abdullayev: Azərbaycanda transmilli kəmərlərin uzunluğu 9 min kilometrə çatdırılacaq

Energetika Materials 17 May 2017 18:51 (UTC +04:00)
Pekində “Bir kəmər – bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
Rövnəq Abdullayev: Azərbaycanda transmilli kəmərlərin uzunluğu 9 min kilometrə çatdırılacaq

Bakı. Trend:

Çin Milli Neft Korporasiyasının (CNPC) Pekində yerləşən baş ofisində “Bir kəmər – bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, iclasın iştirakçıları sırasında Gazprom, Rosneft, SOCAR, Uzbeknefteqaz, KazMunayGas, Sinopec, İpək Yolu Fondu, Çin İnkişaf Bankı və digər şirkətlər və dövlət strukturların rəhbərləri olub.

SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev “Transmilli magistral neft-qaz kəmərləri və qarşılıqlı infrastruktur əlaqəsi” mövzusunda məruzə ilə çıxış edib: “Hal-hazırda Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğu 5,5 min kilometrdən artıqdır və tikilməkdə olan obyektləri nəzərə almaqla 9 min kilometrə çatdırılacaq. Azərbaycanın nümunəsində biz görürük ki, magistral neft-qaz kəmərlərinə dair strategiyanın düzgün seçimi iqtisadi artımın lokomotivi ola bilər. Azərbaycan həqiqətən də inanır ki, transmilli magistral boru kəmərləri yeni Böyük İpək Yolunun ipək iplərinə çevriləcək və bu da, öz növbəsində, əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti