...

Ötən ay 8 yeni neft quyusu mədənçilərə təhvil verilib

Energetika Materials 3 Avqust 2017 15:34 (UTC +04:00)
2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib.
Ötən ay 8 yeni neft quyusu mədənçilərə təhvil verilib

Bakı. Trend:

2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83462 metr qazma işi görülüb ki, bunun da 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin iyul ayında qazmadan alınmış 8, il ərzində isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti