...

Nazir: Azərbaycan qazının idxalı Gürcüstan üçün prioritet olaraq qalacaq (ÖZƏL)

Energetika Materials 9 Avqust 2017 09:37 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Gürcüstana əlavə yanacaq lazım olduğu təqdirdə gələcəkdə əlavə qaz alınmasında Azərbaycan qazı prioritet olacaq.

Bunu Trend-ə Gürcüstanın yeni energetika naziri İlya Eloşvili deyib.

Nazirin sözlərinə görə, statistik məlumatlara əsasən, 2016-cı ildə Gürcüstanda qaza təlabat 2,2 milyard kubmetr olub ki, SOCAR-ın payı bu göstəricidə 59 faiz təşkil edib.

Nazir bildirib ki, analoji vəziyyətin 2017-2018-ci illərdə də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən ilin mart ayında Gürcüstan və SOCAR arasında Azərbaycan qazının əlavə tədarükləri barədə razılaşma imzalanıb. Razılaşmaya görə, Azərbaycan il ərzində Şahdəniz yatağında əlavə olaraq daha 500 milyon kubmetr qaz Gürcüstana tədarük etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti