...

Azərbaycan neft hasilatında mənfəət neftinin payı artırmaqda davam edir

Energetika Materials 23 Aprel 2018 11:25 (UTC +04:00)
1997-ci ilin noyabrından 2018-ci il aprelin 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundan hasil olunan neftin ümumi həcminin 56,6 faizi Azərbaycanın mənfəət neftinin payına düşüb.
Azərbaycan neft hasilatında mənfəət neftinin payı artırmaqda davam edir

Bakı. Maksim Tsurkov - Trend:

1997-ci ilin noyabrından 2018-ci il aprelin 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundan hasil olunan neftin ümumi həcminin 56,6 faizi Azərbaycanın mənfəət neftinin payına düşüb.

Trend-in məlumatına görə, bunu “Downstream Xəzər və Mərkəzi Asiya – ticarət, logistika, neft emalı və neft-kimya” 3-cü Beynəlxalq forumu zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O qeyd edib ki, “Azəri-Çıraq-Günəşli”dən hasil olunan 453 milyon ton neftdən 256 milyon tonu mənfəət neftinin payına düşür:

“Azərbaycanın mənfəət neftinin payı artmaqda davam edəcək”.

Qeyd edək ki, bu gün Bakıda SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu işə başlayıb.

Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən forumda 30 ölkədən 230-dən çox iştirakçı və məruzəçi iştirak edir.

Üç gün davam edəcək forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti